Azərbaycan I Divizionunun yeni mövsümünün püşkü atıldı

10 Avqust 2018 14:00 I Divizion 774
Azərbaycan I Divizionunun yeni mövsümünün püşkü atıldı

I Divizionun 2018/2019 mövsümünə start veriləcəyi tarix müəyyənləşib.

AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, qurumun direktoru Məlik Həsənov və klub nümayəndələri iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, Ramin Musayev iştirakçı klubların nümayəndələri ilə məsləhətləşdikdən sonra müvafiq qərar qəbul olunub.

Yeni mövsümün I turunun oyunları avqustun 23-24-də keçiriləcək. Püşkə əsasən, I turun cədvəli aşağıdakı kimi olacaq.

1. “Zaqatala” - 14. “Keşlə-2”
2. “Qaradağ Lökbatan” - 13. “Neftçi-2”
3. “Sabah-2” - 12. MOİK
4. “Kəpəz” - 11. “Qarabağ-2”
5. “Turan Tovuz” - 10. “Ağsu”
6. “Zirə-2” - 9. “Səbail-2”
7. “Şüvəlan” - 8. “Sumqayıt-2”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti