"AFFA-nın ayırdığı maliyyə ilə fəaliyyətimizi davam etdirəcəyik"

10 Avqust 2018 11:36 I Divizion 732
"AFFA-nın ayırdığı maliyyə ilə fəaliyyətimizi davam etdirəcəyik"

“Turan Tovuz” 10 gündü divizionda növbəti mövsüm üçü bir araya gəlib.

Sportinfo.az xəbər verir ki, klubun icraçı direktoru Nadir Nəbiyev hazırlığı dəyərləndirib. :

– Əsas komandamız 10 gündən çoxdur ki, Tovuzda hazırlıqlara start verib. Təlim-məşq toplanışı dövründə komanda gündə 2 dəfə məşq edir. Bazada hər cür şərait yaradılıb. “Kəpəz”lə yoxlama görüşü keçirmişik. 2 gün sonra yenə yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq.

Bu il əsas məqsəd nə olacaq?
– Həmişə olduğu kimi, başlıca məqsədimiz yerli istedaları üzə çıxarmaq, həm klubumuza həm də ölkə futboluna töhvə verməkdir. Uşaq futbol komandalarımızın hamısı hazırlıqlarına ara vermədən davam edir. Bununla yanaşı, əsas komandanı da sırf yerli uşaqlardan qurmağı planlaşdırırıq. Artıq 10-dan çox gənc futbolçumuz əsas komandaya cəlb olunub.

Maliyyə dəstəyi ilə bağlı məsələni necə həll edəcəksiz?
– Sağ olsun AFFA rəhbərliyi onların maddi və mənəvi dəstəyini daim hiss etmişik. Bu mövsümdə də federasiyanın ayırdığı maliyyə ilə fəaliyyətimizi davam etdirəcəyik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti