«Şəmkir»in keçmiş prezidenti Elvin Səfərli bir neçə aydan sonra Azərbaycana qayıdıb.
Adı danışılmış oyunlarda hallandığı üçün klubun dağılmasına səbəbkar olan, bu azmış kimi, biznesdə əli gətirməyən və külli miqdarda borca düşən 32 yaşlı biznesmen ölkədən qaçmışdı.
Bu müddətdə Türkiyədə qalan Səfərli artıq rahat nəfəs almağa başlayıb. Çünki yaxınları onun borclarının əhəmiyyətli hissəsini ödəyib.
Özü də isə yeni fəaliyyət növü tapıb. Sabiq prezident kənd təsərrüfatına girişib. Xaçmazda pomidor əkib-yetişdirmək və satmaqla məşğuldu (Sportinfo.az).

