AFFA Divizionda cəmi 14 komandanın iştirakına icazə verdi

9 Avqust 2018 18:00 I Divizion 802
AFFA Divizionda cəmi 14 komandanın iştirakına icazə verdi

2018/2019 mövsümündə I Divizionda mübarizə aparacaq klublar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışda 14 komanda iştirak edəcək.

Bunlar “Kəpəz”, “Qaradağ Lökbatan”, “Şüvəlan”, MOİK, “Turan Tovuz”, “Ağsu”, “Zaqatala”, “Səbail” -2, “Zirə -2“, “Qarabağ -2", "Keşlə -2", “Sumqayıt - 2”, “Neftçi - 2” və “Sabah -2”di.

I Divizonun püşkatma mərasimi sabah saat 13:00-da AFFA-nın inzibati binasında keçiriləcək. Rəsmi açıqlamadan bəlli budu ki, AFFA və PFL «Qəbələ»ni yola gətirə, onların şərtlərini qəbul edə bilməyib.

Əyalət təmsilçisi başda maliyyə məsələləri olmaqla, bir sıra tutarlı səbəblər gətirərək, yarışda iştirakdan imtina edib.

«Qəbələ»nin sərgilədiyi mövqe digər klublara örnək olsa da, Premyer Liqa təmsilçilərinin heç biri bu kursu seçməyib. Hərçənd ki, mövcud problemlər onların da başını ağrıdır.

Divizionda qalan komandalardan yalnız MOİK və «Şüvəlan» AFFA/SOCAR-dan maliyyələşmir. Hamısının qaynağı bir mənbədi. «Qaradağ Lökbatan» və «Ağsu» birbaşa neft şirkətinə bağlıdısa, digərləri federasiya vasitəsilə «qidalanır».

Hələ «Şüvəlan»ı da bilmək olmaz, güman ki, AFFA bu qəsəbə təmsilçisinə də dotasiya ayıracaq. «Silk ay»ın «Şüvəlan» vəsait ayırmaq istəməməsi günlər öncədən bəlli idi. Zaur Axundovun prezident vəzifəsindən uzaqlaşdırılmasından sonra şirkətin futbola baxışı 180 dərəcə dəyişib.

Görünür, PFL prezidenti Ramin Musayevin AZAL rəhbərliyi ilə danışıqlara girməsindən sonra Hava Konserninin törəmə müəssisəsi nisbətən yumşalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti