"Şüvəlan" hazırlıqlara başlayıb.
Bakıətrafı qəsəbə klubunda hazırda seleksiya məşqləri keçirilir.
Lakin bu, hələ o anlama gəlməsin ki, «təyyarəçilər»in yeni mövsümdən I Divizionda çıxış etməsi dəqiqləşib. Sual olduğu kimi qalmaqdadı.
Problem ciddidi. Ötən yay AZAL-ın bazasında yaradılan «Şüvəlan»ın real idarəçiliyi «Zirə»yə bağlıdı. Bütün təyinatlar ordan edilir.
Vəsait isə əvvəlki illərdə olduğu kimi, yenə «Silk Way»dən gəlir. Daha doğrusu, gəlirdi. Artıq 1 aydan çoxdu ki, Zaur Axundov adıçəkilən şirkətn rəhbəri deyil. Toyuna hazırlaşdığı oğlu Ruslanın Moskvadan ölüm xəbərini alan Axundovun gedişindən sonra «Silk Way» futbolla əlaqəsi kəsilib.
Hazırda şirkətə hələlik soyadını dəqiqləşdirə bilmədiyimiz Teymur adlı şəxs rəhbərlik edir. Yeni rəhbərlik «Şüvəlan»a illik 120 min manatdan artıq büdcə ayırmaq niyyətində deyil. Bu məbləğ isə keçənilkindən 100-110 min manat azdı.
Hələ bu da qeyri-dəqiqdi. Çünki AFFA-nın şirkət idarəçiləri ilə danışıqlarında ciddi bir nəticə əldə edilməyib. Belə getsə, «Şüvəlan»ın yaşaması federasiyadan asılı olacaq.
SPORTİNFO.AZ

