"Kəpəz" Şəmkirdə hazırlaşır

4 Avqust 2018 19:24 I Divizion 639
"Kəpəz" Şəmkirdə hazırlaşır

Qarşıdakı mövsümə hazırlığını davam etdirən "Kəpəz” Şəmkirdə təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, komanda gündə iki dəfə yerli Olimpiya İdman Kompleksinin stadionunda məşq edir.

"Sarı-göylər” saat 09:30 və 17:00-da çalışmalara çıxır. Heyətdə 20 futbolçu yer alıb. Toplanış 10 gün davam edəcək.

Hazırlıq dövründə "Kəpəz”in yoxlama oyunları keçirməsi də planlara daxildi. İlk belə rəqib I divizion təmsilçisi "Turan Tovuz” olacaq. Bu gün Tovuzda keçiriləcək matç saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti