AFFA-nın qərarı ilə razılaşmayan klub baş katibi hədələdi!

31 İyul 2018 20:24 I Divizion 1 446
AFFA-nın qərarı ilə razılaşmayan klub baş katibi hədələdi!

AFFA-nın baş katibi Elxan Məmmədov "Xan Lənkəran"a məktub ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, məktubdan assosiasiya rəhbərliyinin kluba qarşı tutduğu mövqeyin dəyişmədiyi aydın olur.

"Xan Lənkəran" bununla bağlı açıqlama yayıb: "Bu məktuba istinadən bildiririk ki, AFFA-nın klubumuzla bağlı yol verdiyi kobud hüquq pozuntularına qarşı tədbirlər planına start veririk.

Beynəlxalq futbol qurumlarının hüquq normativləri ilə peşəkar futbol klubu statusu ilə fəaliyyətə başlayan kommersiya təşkilatları, ictimai birliklərin peşəkarlıq əsasları araşdırılmalı, onların fəaliyyətinə şərait yaradılmalıdır.

Peşəkar futbol klubunun fəaliyyətinin başlıca əsası isə təsis edildiyi ölkənin uyğun peşəkar statuslu müsabiqəsindən iştirakdır. Heç bir halda peşəkar futbol klubunun bu tip yarışda iştirakla bağlı müraciətinə baxılmaya bilməz və bu hüququ əngəlləyən qərarı ölkənin ali futbol qurumunun icraedici orqanı olan İcraiyyə Komitəsi verə bilməz. Bu AFFA-nın öz nizamnaməsini pozması, beynəlxalq futbol qurumları qarşısında öhdəliklərini yerinə yetirməməsi və İcraiyyə Komitəsinin səlahiyyətlərini aşması faktıdı.

"Xan Lənkəran" PFK idarə heyətinin sədri Rəsul Şükürsoy ötən həftə AFFA-nın inzibati binasında keçirdiyi görüşdə mövzu ilə bağlı çözümçü mövqedən çıxış edib. Lakin gördüyümüz qədəri ilə, hüquq yollarına baş vurmaqdan vaşqa yol saxlanılmır.

"Xan Lənkəran" PFK lazımi hüquqi addımlarla bağlı vəkillərlə sənədləşdirmə işlərinə başlayır.

Bu tədbirlərdən sonra AFFA-nın alacağı sanksiyaların məsuliyyəti birbaşa baş katibin və bu absurd qərara səbəb olanların öhdəsindədi.

Klubun gələcək fəaliyyəti ilə bağlı yaxın günlərdə vaxtı elan ediləcək hissədarlarla toplantıda qərarlar qəbul ediləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti