"Xan Lənkəran": Azərbaycanda ilk dəfə 2 aylıq klub...

28 İyul 2018 19:36 I Divizion 1 174
"Xan Lənkəran": Azərbaycanda ilk dəfə 2 aylıq klub...

Azərbaycanda ilk dəfə 2 aylıq klub...

Heç bir tapşırıqsız toplam 400 min manat civarında reklam və sponsorluq müqavilələri bağlayır...

200 min manatı ölkə xaricinə olmaqla 250 min manatlıq hissə satır...

Xaricdə təlim-məşq toplanışını belə, travel şirkətiylə anlaşıb pulsuz başa gətirir...

Komandanın məşqlərdə içdiyi elementar suyu belə, reklam anlaşmasına çevirir, bir qəpik ödəmir...

Dünən yaranan komandanın başına ölkənin sayılıb-seçilən məşqçisi gətirilir...

Yüksək dəstədə oynamış yerli futbolçuları heyətinə qoşur...

Yüksək dəstədən təklif alan gənc futbolçunu fikrindən daşındırıb, birinci dəstəyə gətirir...

Nigeriya yığmasının futbolçusunu gənc yaşında Azərbaycanın birinci dəstəsində (!) oynamağa razı salır...

Eksklüziv dizaynda öz idman geyimini yaradır...

Azərbaycanda ilk dəfə təhsillə futbolun birləşdiyi akademiyanın təməlini qoyur ki, uşaqlar həm dərs oxusunlar, həm də futbol oynasınlar...

Mənim üçün ən həssas məqam budur - çünki futbolu ayaqla yox, başla oynayırlar... İstəyirik ki, sabah futbolçularımız kamera qarşısında gözlərini döyməsinlər... "İdmançı savadsızdı" önyarğısını dağıdaq istəyirik...

Oyunlarımızı keçirəcəyimiz yer dəqiqləşməmiş stadiondakı reklam bannerlərinin yarısını satmışıq, a kişi...

Və məlum olur ki, Xan Lənkəran birinci dəstəyə buraxılmaya bilər...

Əvəzində çox güman ki, yenə birinci divizionda "Real" Madridin "Sədərək"dən alınan formasında oynayan komandalar görə bilərik...

Nail Zeynalov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti