"Əgər mənim hansısa frıldaqlığa aidiyyatım varsa…"

27 İyul 2018 13:24 I Divizion 659
"Əgər mənim hansısa frıldaqlığa aidiyyatım varsa…"

"Bizə problem yaradırlar” - Sportinfo.az xəbər verir ki, bunu "Turan Tovuz”ın Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

O iddia edib ki, ötən mövsüm I Divizionun ortababları sırasında yer alan və gözlənildiyi kimi, Premyer Liqaya buraxılmayan klub ətrafında həddindən artıq söhbətlər dolaşır:

“Tezliklə qayıdacam və AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəm. Əgər "Turan Tovuz" oyun alıb, oyun satırsa, qoy ortaya subutlar qoysunlar.

Hələ əvvəl birinci mən AFFA-ya yazmışam ki, bəzi futbolçularla bağlı şübhələrim var. Biz də birinci diviziondakı virusla mübarizə aparmaq istəyirik.

Ola bilərmi "Turan Tovuz" fəaliyyətini dayandırsın? Niyə bu, baş verməlidi ki? Gündəmdə belə sual olmamalıdır. Bəli, AFFA-dan başqa kənardan maliyyə dayağımız yoxdur, amma belə klub yaşamalıdı.

Əgər mənə görə klub ziyan çəkərsə, öz postumu tərk etməyə hazıram. Qoy təhqiqat aparsınlar, klubun işçilərini cəlb etsinlər və sübutlar gətirsinlər.

Əgər doğrudan da mənim hansısa frıldaqlığa aidiyyatım varsa, nəinki getməyə, hüquqi cəza çəkməyə də hazıram.

Doğrudan da günahkaramsa, türmədə də yatmağa hazıram. "Turan Tovuz" birinci divizionda oynamalıdı. Azərbaycan futbolu Tovuz futbolu ilə fəxr etməlidi. Hər zaman belə olub, bundan sonra da belə olsun".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti