Beş klub Diviziondan kənarlaşdırıldı - "Kəpəz"ə "yaşıl işıq"

23 İyul 2018 15:00 I Divizion 1 030
Beş klub Diviziondan kənarlaşdırıldı - "Kəpəz"ə "yaşıl işıq"

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın mənzil-qərargahında vacib görüş baş tutub.

Premyer Liqada çıxış edən əvəzedici heyətlərin baş məşqçiləri bir araya gəlib.

Görüşdə yeni mövsümlə bağlı müzakirə aparılıb. Tətbiq olunacaq limitlə bağlı da məlumat verilib və klublara heyəti buna uyğun qurmaq tapşırılıb. Əsas heyətdə yaş limiti 4+6+1 kimi olacaq.

Yəni, 4 nəfər 1998-ci ilə qədər doğulan, 6 nəfər 1998, 1999, 2000-ci il təvəllüdlü olan, 1 nəfər isə 2001-ci il. Premyer Liqanın əsas komandasından əvəzedici heyətə göndərilən futbolçular çempionatda oynaya bilərlər.

Bundan başqa, AFFA I divizionla bağlı yeni konsepsiya hazırlayıb. İcraiyyə Komitəsinin müzakirəsinə veriləcək sənəddə əvəzedicilərin yarışının ləğvi nəzərdə tutulub.

Həmin komandalar elita klublarının ikinci heyəti kimi divizionda mübarizə aparmalıdı. Bu layihə bugünkü iclasda qəbul olunub.

«Xəzər»in dağılmasından, «Sabah»ın Premyer Liqaya buraxılmasından, «Binə»nin Region Liqasına üz tutmasından sonra aşağı liqada iştirakçı sayı azalıb.

Adı danışılmış oyunlarda hallanan «Mil-Muğan» və «Qaradağ-Lökbatan» gələn yarışmada yer almayacaq. MOİK, «Zaqatala», «Ağsu», «Şuvəlan», «Kəpəz» və «Turan Tovuz» divizionda saxlanılıb.

Region Liqasının ilk qalibi olan «Uğur», həmçinin yeni yaradılan «Xan Lənkəran» və «Tufan» kənarda saxlanılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti