"Xan Lənkəran" Bakıda "bismillah" elədi - FOTOLAR

21 İyul 2018 18:00 I Divizion 1 052
"Xan Lənkəran" Bakıda "bismillah" elədi - FOTOLAR

"Xan Lənkəran" iyulun 21-dən Bakıda seleksiya xarakterli toplanışa başlayıb.

Sportinfo.az xəbər verir ki, bu formanı geymək istəyən futbolçular komandanın rəisi İman Həsənovla əlaqə saxlayıb qeydiyyata düşə bilər.

1-ci divizionda tətbiq olunan limitlə əlaqədar seçimdə əsas üstünlük 1998-1999 və 2000-ci il təvəllüdlü gənclərə veriləcək.

Daha yuxarı yaşlıların seçilmək imkanları, təəssüf ki, məhdud olacaq. Odu ki, özünü hazır saymayan, yüksək səviyyədə oyun təcrübəsi olmayan 21 yaş limitindən yuxarı futbolçular məhdudiyyəti nəzərə alsınlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti