"AFFA-nın bizdən heç bir narahatlığı və şikayəti yoxdu"

21 İyul 2018 16:36 I Divizion 685
"AFFA-nın bizdən heç bir narahatlığı və şikayəti yoxdu"

«AFFA-nın bizdən heç bir narahatlığı və şikayəti yoxdu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun baş məşqçisi Rüfət Quliyev deyib,

O, danışılmış oyunlarda iştirak iddiasıyla üzləşmiş komandasının növbəti mövsüm I Diviziondan uzaqlaşıdırlması yönündə yayılan xəbərləri təkzib edib:

«AFFA bu məsələlərlə həssas yanaşır və hər şeyi diqqətdə saxlayır. «Ağsu»nun adını belə şeylədə hallandırmaq olmaz.

Komandamızın məşqçiləri və futbolçuları AFFA-ya çağırılıb? Doğru məlumat deyil. bütün klubları federasiyaya yığanda, bizi də çağırıblar, getmişik.

Bizimlə ayrıca söhbət olmayıb. Nə də ki, hüquq-mühafizə orqanlarına çağırılmışıq. «Ağsu»da nəyisə araşdırmağa ehtiyac yoxdu. Özümüz ilk gündən AFFA ilə əməkdaşlıq etmişik.

Bu yay komandadan 15 futbolçu göndərmişik, amma heç biri belə söhbətlərə görə yola salınmayıb. Sadəcə, ümidlərimizi doğrultmadılar. Ötən mövsümü 9-cu pillədə başa vurmuşuq, bu isə «Ağsu»nun yarandığı gündən bəri ən zəif nəticəsidi.

Dəyişiklik lazım idi, biz də etdik. Başqa komandaların oyununda nələrin baş verməsindən məlumatsızam.

Məni yalnız «Ağsu» maraqlandırır. Mən öz komandama cavabdehəm və ümid edirəm ki, gəncləşdirdiyimiz heyətlə gələn mövsüm yaxşı oyun göstərəcəyik»

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti