Azərbaycanlı klub prezidentinin evi və maşını əlindən çıxdı

18 İyul 2018 12:24 I Divizion 1 068
Azərbaycanlı klub prezidentinin evi və maşını əlindən çıxdı

Artıq fəaliyyətini dayandırmış «Xəzər»in prezidenti Mahir Məmmədov «yağışdan çıxıb, yağmura düşüb».

Klubun sponsoru Emin Zeynalovun tutulmasından sonra futboldan yığılıb qalan borcların ödənilməsi onun üzərinə düşüb.

Bunun üçün o, şəhərin mərkəzində yerləşən mənzilini və bahalı avtomobilini satmalı olub.

Yenicə subaylığın daşını atan gənc iş adamının halını indi təsəvvür edin: futbola gələnədək nələri var idi, bu gün nəyi var, nəyi qalıb! Bir həsirdi, bir Məmmədnəsir (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti