«Neftçi» İdman Klubunun (İK) İdarə Aparatının sədri Sadıq Sadıqov, nəhayət, öz qərarını verib.
İK-nun nəzdində fəaliyyət göstərən «Qaradağ Lökbatan»ın məşqçi korpusu tam tərkibdə istefaya göndərilib, futbolçularla yollar ayrılıb.
Ötən mövsüm əlinin içində olan çempionluğu 19 xal geridən gələn «Xəzər»ə qapdıran Həbib Ağayevi Elçin Dərgahquliyev əvəzləyib. «Soğan» ləqəbli mütəxəssisin çalışdırdığı «Neftçi»İK-nun 17 yaşlıları növbəti mövsümdən «Qaradağ Lökbatan» adıyla I Divizionda çıxış edəcək.
Təbii ki, bundan sonra hansısa iddiadan, yüksək yerlər uğrunda çarpışmaqdan söhbət gedə bilməz. Hacı Sadığı qəzəbləndirən yalnız nəticə deyil.
QL-nın bir çox oyunlarının «stavka»ya qoyulması barədə UEFA-dan AFFA-ya gələn siqnallar onda hədsiz məyusluq yaradıb (Sportinfo.az).

