Yeni yaradılan və növbəti mövsümdən I LDivizionda çıxış etməyi planlaşdıran "Xan Lənkəran" "Podi" idman geyimləri markasının istehsalı ilə bağlı Türkiyənin iri çaplı tikiş fabriklərindən biri ilə ilkin razılıq əldə edib.
Sportinfo.az xəbər verir ki, yaxın 15 gün ərzində idarə heyətinin sədri Rəsul Şükürsoyun rəsmiləşdirmə proseduru ilə bağlı Türkiyəyə səfəri gözlənilir.
Ümumiyyətlə, qarşıdakı mövsümdə "Podi" markası ilə 30 min dəstdən çox müxtəlif çeşidli geyimlərin istehsalı və satışa çıxarılması nəzərdə tutulub.
Marka sayəsində "Xan Lənkəran" il ərzində maddi aktivlərini 1 milyon manat civarında artırmağı proqnozlaşdırır.

