"Yeni yaranmış klublar çempionatda çıxış etmək istəyir"

10 İyul 2018 12:36 I Divizion 1 010
"Yeni yaranmış klublar çempionatda çıxış etmək istəyir"

I Divizionda növbəti mövsümün nə vaxt start götürəcəyi hələ dəqiqləşməyib.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevin Sportinfo.az-a bildirdiyinə görə, yarışın sentyabrdan tez başlaması gözlənilmir:

«Adətən, divizion Premyer Liqadan bir müddət sonra start götürür. Bu dəqiqə heç nə məlum deyil.

«Tufan» və «Xan Lənkəran» kimi yeni yaranmış klublar çempionatda çıxış etmək istəyir.Ancaq onların fikri hələlik şifahi şəkildədi. Gələn mövsüm burda neçə klubun çıxış edəcəyini deyə bilmərəm.

Biz də ordan-burdan eşidirik, mətbuatdan oxuyuruq ki, filan-filan komandalar dağılıb. Divizionda çıxış etmək istəyən klubların yeni konsepsiya ilə seçilməsi? Bu, İcraiyyə Komitəsi tərəfindən AFFA-ya verilən tapşırıqdı, PFL-in ona aidiyyatı yoxdu».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti