Azərbaycanda bu klub fəaliyyətini dayandırdı – PUL QURTARIB

7 İyul 2018 20:36 I Divizion 1 316
Azərbaycanda bu klub fəaliyyətini dayandırdı – PUL QURTARIB

Deyəsən, bu gedişlə gələn mövsüm I Divizionda çıxış etməyə klub tapılmayacaq.

«Qaradağ Lökbatan, «Xəzər» və «Ağsu»dan sonra daha bir klubun «qara xəbər»i gəlib.

Bu, ötən sezon aşağı dəstədə iştirakı son anda dəqiqləşən «Binə»di. Qəsəbə klubunun prezidenti Teymur Həsənlinin maddi imkanlarının tükənməsini əsas gətirərək, futbolun daşını atıb.

Bəli, adı danışılmış oyunlarda hallanan «Binə»nin aqibətinin bu cür olacağı gözlənilən idi. Hüquq-mühafizə orqanları AFFA-dan gələn təqdimat əsasında komandanın Diviziondakı debüt ilinin görünməyən tərəflərini araşdırmaqla məşğuldu indi (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti