Daha bir Divizion klubu süqutun astanasındadı.
Ötən mövsümü 28 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vuran «Ağsu» himayədarını itirib. «AzQranata» şirkəti Aran təmsilçisinə maliyə dəstəyini dayandırıb.
Əlində, «Ağsu» bu ilin əvvəlində, yəni, dövrələrarası fasilə zamanı çıxışına ara verə bilərdi. Çünki sözügedən şirkət həmin tarixdən etibarən klubla əlaqələrini kəsməyə başlayıb.
Bölgə komandasının taleyi indi Rövnəq Abdullayevlə Mikayıl İsmayılovun dialoqundan asılıdı. Çünki «Ağsu» SOCAR-ın vitse-prezidenti olan İsmayılovun kurasiyasındadı.
«Ağsu» son vaxtlar ən çox adı danışılmış oyunlarda hallanan divizion iştirakçılarından biridi. 6 ilə yaxındı mövcud olan klubun bir çox futbolçusu hazırda hüquq-mühafizə orqanlarının araşdırma obyektikidi (Sportinfo.az).

