"Zaqatala"ya güzəştli yer verdilər

25 İyun 2018 20:36 I Divizion 1 436
"Zaqatala"ya güzəştli yer verdilər

Zaqatala Olimpiya Kompleksi eyniadlı klubun ixtiyarına veriləcək.

«Zaqatala»nın prezidenti Musa Qurbanov Sportinfo.az-a bildirib ki, kompleksin rəhbərliyi ilə söhbətdə bir neçə kotejin icarəyə götürülməsinə dair razılıq əldə olunub:

«Bir neçə futbolçumuz kənardan komandaya cəlb edilib. Onlar bunadək stadionun ərazisində, daha doğrusu, tribunaların altında əvvələr əvəzedici heyət üçün nəzərdə tutulmuş otaqlarda qalırdılar.

İndi istədik ki, bu şəraiti bir qədər də yaxşılaşdıraq. Kompleksin rəhbərliyi ilə bu barədə danışdıq, sağ olsunlar, bir neçə kateji bizə verməyə razılaşdılar. Klub naminə bir xeyli güzəştə getdilər.

Yaxınlaradək orda turistlər, rayona gələn qonaqlar qaldırdılar. Neçə katej götürməyimiz kənardan komandaya gətirəcəyimiz futbolçuların sayından asılıdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti