Bugünlərdə məlumat vermişdik ki, Azərbaycanda daha bir klub fəaliyyətini dayandırmaq üzrədi.
Söhbət «Neftçi» İdman Klubunun (İK) nəzdində olan «Qaradağ Lökbatan»dan gedir.
İK-nun İdarə Aparatının sədri Sadıq Sadıqov QL-nın bağtlanmasına dair şifahi göstəriş verib. O, ştatda olan bütün işçilərin işdən azad olunmasını tapşırıb. Hacı Sadığı qəzəbləndirən 2 səbəb var.
Birincisi, komandanın I Divizionun son mövsümü faciəvi şəkildə başa vurmasıdı. Belə ki, Həbib Ağayevin çalışdırdığı kollektiv qış fasiləsinə 14 xallıq fərqlə lider yollansa da, çempionluğu «Xəzər»ə qapdırıb.
Debütantın 19 xal geridə olduğu halda gəlib qızıl medalları əldə etməsi Sadıqovu şok edib.
İkinci səbəb isə «Qaradağ»ın bir çox futbolçusunun adının davamlı olaraq danışılmış oyunlarda hallanması və UEFA-dan bu barədə AFFA-ya siqnalların gəlməsidi.
Saytımız bu məlumatı yayandan sonra S.Sadıqov «Neftçi»də qapalı toplantı keçirib. O, klub rəhbərliyini istefaya göndərdiyini və «Qaradağ Lökbatan»ı geri qaytara biləcəyini açıqlayıb.
Hacı Sadıq bildirib ki, QL-nın çempionluğu əldən verməsi biabırçılıqdı və bunda günahı olanların heç birini bağışlamayacaq (Sportinfo.az).

