Rövnəq Abdullayev Divizionun ləğvini istəyir

19 İyun 2018 17:12 I Divizion 1 431
Rövnəq Abdullayev Divizionun ləğvini istəyir

I Divzion növbəti mövsümdən ləğv oluna bilər.

AFFA rəhbərliyi bununla bağlı bir müddətdi gizli müzakirələr aparır.

Təklifin federasiya prezidenti Rövnəq Abdullayevin özündən gəldiyi bildirilir. Qeyd olunur ki, ölkənin futbol təsərrüfatına başçılıq edən Abdullayev aşağı dəstənin mövcudluğunun əleyhinədi.

Onu bu fikrə gəlməyə isə divizion komandalarının qeyri-leqal bukmeyker kontorlarıyla əlaqələridi. Başqa sözlə, Rövnəq bəy «stavka» oynayanlarla mübarizə aparmağın, ümumiyyətlə, kökünü kəsməyin mümün olmadığı qənaətindədi.

AFFA 2017-ci ilin əvvəlində «Rəvan»la «Şərurspor»u çempionatdan uzaqlaşdırdı, «Bakıılı», «Şahdağ», «Göyəzən» və «Energetik» də daxil, bir çox klubu ötən «futbol ili»ndə yarışmaya buraxmadı, ancaq görünən budu ki, hələ də «qumar» divizion iştirakçılarının qeyri-rəsmi «sevimli məşğuliyyəti» olaraq qalmaqdadı.

AFFA-nın təşəbbüsü ilə hüquq-mühafizə orqanları bu işin üstünə düşüb, şübhəlilər göz altına alınıb, gəl ki, prosesin sonu görünmür.

AFFA prezidenti divizion iştirakçılarını Region Liqasına göndərməyi təklif edib. Hansı ki, bu liqa hələlik bukmeyker kontorlarının «maraq dairəsi»nə düşməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti