2017/18 mövsümündə Divizionunun və Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan yarışın bombardirləri mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, Birinci Divizionda 15 qolla ən sərrast oyunçu olan MOİK-in üzvü Bəhruz Teymurov, eləcə də əvəzedici heyətlərin yarışında 16 qolla bombardir olmuş “Sumqayıt”ın üzvü Ülvi İsgəndərov “Bayıl Arena”da xüsusi mükafatlarına qovuşublar.
Bununla bağlı təşkil olunan tədbirdə adıçəkilən şəxslərə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.





