"Sabah”ın transferi - FOTO

18 Yanvar 2018 16:00 I Divizion 708
"Sabah”ın transferi - FOTO

Birinci divizionda çıxış edən "Sabah" klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.

Sportinfo.az kluba istinadən xəbər verir ki, “Sabah” vaxtilə U-21 millimizə də dəvət alan Qvanzan Maqomedovla mövsümün sonuna kimi müqavilə imzalayıb.

Peşəkar karyerasına Rusiyanın "Krılya Sovetov" klubunda başlayan Maqomedov "Şahdağ", "Zirə", "Bakı", AZAL və "Səbail" klublarında forma geyinib.

Futbolçunun sonuncu klubu Rusiyanın ikinci liqasında mübarizə aparan "Znamya Truda" komandası olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti