"Xəzər" "Kəmərspor" və Vyana "Qarabağ"ı ilə qarşılaşacaq

18 Yanvar 2018 13:36 I Divizion 587
"Xəzər" "Kəmərspor" və Vyana "Qarabağ"ı ilə qarşılaşacaq

I Divizion təmsilçisi “Xəzər” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.

Sportinfo.az xəbər verir ki, komandanın Antalyada keçirəcəyi yoxlama matçlarında qarşılaşacağı daha iki rəqibi bəllidir.

Paytaxt təmsilçisi Türkiyənin "Kəmərspor" və Avstriyanın "Qarabağ" Vyana klubları ilə qarşılaşacaq. "Qarabağ"la oyun fevralın 2-də baş tutacaq.

Elşad Əhmədovun komandası qardaş ölkədə 5 oyun keçirməyi planlaşdırır. Digər iki rəqibinin adı açıqlanmayıb.

"Xəzər" Antalyada ilk matçını yanvarın 20-də “Titanik” İdman Mərkəzinin stadionunda Almaniyanın “Vakker Nordhauzen” klubuna qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti