I Dvizionda sezonun ikinci yarısına hazırlaşan «Sabah» sabahdan təlim-məşq toplanışına start verəcək.
Sportinfo.az xəbər verir ki, «Əlincə»nin Masazır qəsəbəsində yerləşən bazasına yığışacaq debütant heyətini kompoktləşdirmək yönündə addımlarını intensivləşdirib.
Arif Əsədovun gözündən düşən futbolçuların sırasına son əlavə olunan Qeyrət Qənbərovdu.
10-a yaxın oyunçu ilə yollarını ayıran «Sabah» artıq kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Əsədov yayda komandanı tez-tələsik, çempionatın startına az qalmış ərsəyə gətirmişdisə, indi vaxt imkan verir ki, nisbətən səviyyəli ansaml düzəltsin.
«Xəzər»dən ayrılan iranlı hücumçu Şahin Baleljae ilə 6 aylıq müqavilə imzalanıb. Onunla rəqabətə isə Moldova yığmasının 21 yaşlı üzvü Artyom Zabun girəcək.
«Qaradağ Lökbatan»dan Emin Mirzəliyev, «Səbail»dən Emin Mehtiyev, «Keşlə»dən isə Murad Qayalı ilə Əlibəy Məmmədli sarı-göy formanı geyinməyə çox yaxındı.
Həmçinin AZAL-ın sabiq yarımmüdafiəçisi, bugünlərdə «Kəpəz»in düşərgəsində olub bəyənilməyən Qvanzav Maqomedov.

