Moldova yığmasının hücumçusu I Divizion klubunda

16 Yanvar 2018 11:00 I Divizion 891
Moldova yığmasının hücumçusu I Divizion klubunda

Moldova yığmasının hücumçusu Artyom Zabun karyerasını Azərbaycanda davam etdirəcək.

Sportinfo.az-ın məlumatına görə, 21 yaşlı gənc hazırda «Sabah»ın düşərgəsindədi.

Ötən ildən ölkəsinin əsas millisinə dəvət alan və 1 oyunda meydana çıxan forvard məşqlərdə yaxşı təsir bağışladığından, I Divizionun iştirakçısı onunla uzunmüddətli müqavilə imzalayacaq.

3 il yetirməsi olduğu «Şerif»in formasını geyinən Zabun 2016-da «Saksan»a keçib. Həmin ilin yayında isə «Viktoriya»ya (Bardar) yollanıb.

2017-ci ildəe «Krumkaçı»nın şərəfini qoruyan hücumçu, ümumiyyətlə, karyerası ərzində 40 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti