“Xəzər” Antalyaya gedir - Almaniya klubu ilə üz-üzə gələcək

16 Yanvar 2018 00:40 I Divizion 577
“Xəzər” Antalyaya gedir - Almaniya klubu ilə üz-üzə gələcək

Birinci Divizion təmsilçisi “Xəzər” bu gün Türkiyəyə yollanacaq.

Sportinfo.az xəbər verir ki, artıq komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı keçirəcəyi ilk yoxlama matçında rəqibi də bəllidi.

Sözügedən komanda Almaniyanın “Vakker Nordhauzen” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 20-də “Titanik” İdman Mərkəzinin stadionunda baş tutacaq.

“Xəzər” Bakıdakı toplanışını bu gün “Səbail”ə qarşı keçirdiyi yoxlama oyunu (1:3) ilə yekunlaşdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti