“Sabah”ın yanvarın 15-nə "Kəpəz"lə planlaşdırılan yoxlama oyununun ləğv olunduğunu xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, artıq Birinci Divizion klubu da bununla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, sözügedən matç qarşı tərəfin imtinası səbəbindən baş tutmayacaq. “Sabah” artıq özünə başqa rəqib də tapıb.
Belə ki, bu komanda toplanış çərçivəsində ikinci yoxlama matçını yanvarın 16-da Birinci Divizionun digər təmsilçisi "Binə"yə qarşı keçirəcək. Binə qəsəbə stadionunda oynanılacaq görüş saat 13:00-da başlayacaq.

