"Belə iddialı rəhbərliyi olan klub Premyer Liqaya rəng qatar"

12 Yanvar 2018 11:00 I Divizion 934
"Belə iddialı rəhbərliyi olan klub Premyer Liqaya rəng qatar"

"Özünüz də görürsüz ki, Divizionda qış transfer bazarının ən fəalı, ən sanballı keçidlərə imza atan klubu bizik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xəzər"in icraçı direktoru Emin Abbasov deyib.

Növbəti mövsümdə Premyer Liqada klubların sayı artırıla bilər. Mətbuatda yayılan son xəbərlərə görə, hazırda Birinci Divizionda mübarizə aparan bir neçə klubun yüksək liqaya buraxılması gözlənilir.

"Sabah” və “Xəzər”in elitada oynayacağı bildirilir. Premyer Liqaya buraxılması gözlənilən digər klub isə "Qaradağ Lökbatan"dı.

Aşağı dəstədə debüt edən komandanın rəsmisi qeyd edib ki, elitada mübarizə aparmaq onlarıni yaxın planlarına daxildi:

"Qışda səviyyəli oyunçu gətirməyin çətin olmasına baxmayaraq, iddialı heyət qura bilmişik. Söhbət heç yalnız futbolçuların səviyyəsindən getmir. Biz klubda hər işi səviyyəli qurmağa çalışırıq.

Təbii ki, çətindi. Çünki klub sıfırdan qurulur. Amma rəhbərlik əlindən gələni edir ki, hər bir məsələyə peşəkar yanaşaq. "Xəzər"in Premyer Liqaya çıxıb-çıxmayacağına gəlincə, bunun üçün 3 mühüm şərt var: nəticə, lisenziya və maliyyə.

Mənə elə gəlir ki, "Xəzər" mövsümü ilk üçlükdə bitirməlidi. Lisenziyalaşmanı da tələb olunan 5 meyar üzrə uğurla keçmək olar. Maliyyə barədə isə sponsorlarla danışığımız olacaq.

Nə qədər vəsait ayrılacağına aydınlıq gələndən sonra götür-qoy edəcəyik ki, Premyer Liqada hansı hədəflər uğrunda mübarizə aparacağıq.

Bu gün də "Xəzər"ə gələn sıravi işçidən futbolçuya qədər hamıya deyirəm ki, bura divizion klubu kimi yox, Premyer Liqa klubu kimi baxın.

Biz işimizi Premyer Liqaya uyğun qururuq. Bunu AFFA-da da görürlər. Mənə elə gəlir ki, belə iddialı rəhbərliyi olan klubun Premyer Liqada olması çempionata rəng qatar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti