Növbəti mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasında klubların sayı artırıla bilər.
Mətbuatda yayılan son xəbərlərə görə, hazırda Birinci Divizionda mübarizə aparan bir neçə klubun yüksək liqaya buraxılması gözlənilir.
Məsələn, “Sabah” və “Xəzər”in elitada oynayacağı bildirilir. Premyer Liqaya buraxılması gözlənilən digər klub isə "Qaradağ Lökbatan"dı.
Ancaq bu klub fərqli adla çempionata buraxıla bilər. Belə ki, sözügedən komandanın adının dəyişdirilib "Siyəzən" qoyulması gündəmdədi və elə bu adla da liqaya buraxılacağı bildirilir.
«Qaradağ Lökbatan»ın prezidenti Tahir Mustafayev Sportinfo.az-a açıqlamasında yayılan məlumatlara aydınlıq gətirib:
"Mən bunu sizdən eşidirəm. «Siyəzən» söhbəti hardan çıxıb, bilmirəm. Hamısı şayiədi. Klubumuzda ad dəyişikliyi heç vaxt müzakirə olunmayıb. Premyer Liqada çıxış etmək fikrimiz isə ciddidi".

