Abdullayev "Xəzər"də

8 Yanvar 2018 15:48 I Divizion 1 102
Abdullayev "Xəzər"də

I Divizionda medallar uğrunda mübarizə aparan «Xəzər» heyətini gücləndirməyə davam edir.

Baş məşqçi postuna Elşad Əhmədovu gətirən debütant «Şüvəlan»ın 2 aparıcı simasıyla münasibətlərini rəsmiləşdirib.

«Bakı»nın yetirməsi, «Simurq» və «Qəbələ» kimi böyük klubların formasını geyinmiş Vadim Abdullayev və «Qarabağ»ın məktəbindən çıxmış Fuad Məmmədzadə yeni ildənt «göylər»in şərəfini qoruyacaq. Onlarla 6 aylıq müqavilə imzalanıb.

«Xəzər» bu cütlükdən öncə «Kəpəz»dən ayrılan Novruz Məmmədovu rənglərinə bağlayıb. Həmçinin «Səbail»dən Tanrıverdi Məhərrəmli, «Binə»dən Bəxtiyar Soltanov və «Qəbələ»dən Ramild Həsənovla müqavilə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti