Yeni yaranmış klubu bu stadiona köçürtdülər - BÖYÜK PAY

8 Yanvar 2018 15:00 I Divizion 1 025
Yeni yaranmış klubu bu stadiona köçürtdülər - BÖYÜK PAY

Binə qəsəbə stadionu yeni istifadəçisinin ixtiyarına verilib.

I Divizionda mübarizə aparan «Sabah» sözgüedən arenanın yiyəsinə çevorilib.

Düzdü, aşağı dəstənin debütantı ilk dövrədə də burdan istifadə edirdi, sadəcə, bundan sonra icarədar olmayacaqlar. Kompleks tam mənasıyla yeni yaranmış klubun sərəncamındadı.

Məlumat üçün deyək ki, Binə stadionu Heydər Əliyev Fondu tərəfindən tikilib və Təhsil Nazirliyinin balansına verilib. AFFA isə arenanı öz növbəsində nazirlikdən uzunmüddətli istifadəyə götürüb.

«Sabah»ın təhsil sisteminə bağlı klub olmasını nəzərə alsaq, bu qərarın hansı səviyyədə və nə məqsədlə qəbul olunmasını təxmin etmək mümkündü (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti