“Keşlə”nin sabiq baş məşqçisi Zaur Svanadzenin yeni iş yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis vətəni Gürcüstanda çalışacaq. O, Tbilisi “Dinamo”sunun əsas komandasının baş məşqçisi Kaxaber Kaçaravanın köməkçisi təyin edilib.
Zaur Svanadze 2015-ci ilin yayından 2017-ci ilin oktyabrına qədər “Keşlə”nin baş məşqçisi olub. O, cari mövsümdə uğursuz nəticələr səbəbindən istefaya göndərilib.
Əslində, yeni iş yeri Azərbaycanda olmalı idi. Gözünü «Sabah»a dikmişdi. Yaxın çevrəsi bu istiqamətdə gərgitn iş aparırdı və özü də güman edirdi ki, yeni vergilər naziri Mikayıl Cabbarovun himayəsindəki klubun sükanı arxasına keçəcək.
I Divizionun debütantı Arif Əsədovu baş məşqçi postunda saxlamaq qərarına gəlincə, gürcünün xəyalları suya düşdü.

