21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Ozan Can Kökçünun yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı futbolçu karyerasını yenidən Hollandiyada davam etdirəcək.
Gənc futbolçu ölkənin ikinci liqasında mübarizə aparan "Valveyk" ilə münasibətlərini rəsmiləşdirib. Kökçü "Valveyk"də icarə əsasında çıxış edəcək.
"Bursaspor"a məxsus utbolçu yeni klubu ilə ilyarımlıq sözləşmə imzalayıb. Bir müddət öncə millimizdən imtina edən futbolçu "Bursaspor"a "Feyenoord"dan transfer olunmuşdu. Onun "yaşıl-timsahlar"la müqaviləsi 202-ci ilin yayına qədərdi.

