"Xəzər"in ilk transferi - FOTO

29 Dekabr 2017 17:48 I Divizion 844
"Xəzər"in ilk transferi - FOTO

I Divizion təmsilçisi "Xəzər" qış fasiləsində ilk transferini reallaşdırıb.

Sportinfo.az saytı klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, 25 yaşlı yarımmüdafiəçi Tanrıverdi Məhərrəmli "Səbail" klubundan mövsümün sonuna qədər icarəyə götürülüb.

“Neftçi”nin yetirməsi olan Tanrıverdi Məhərəmmli “Ağsu” və “Qaradağ Lökbatan” komandalarında da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti