Naxçıvanlı iş adamına "yuxarı"dan "klubu bərpa elə" dedilər

28 Dekabr 2017 11:00 I Divizion 1 180
Naxçıvanlı iş adamına "yuxarı"dan "klubu bərpa elə" dedilər

"Əlincə" növbəti mövsümdən I Divizionda çıxış edəcək. Bu iddia klubun icraçı direktoru Ceyhun Abbasova məxsusdu.

Onun sözlərinə görə, klubun böyük hədəfləri var və "Əlincə Arena" satılmır.

Halbuki…

Masazır qəsəbəsində yerləşən və 1,5 il öncə istifadəyə verilən kompleks hazırda demək olar istifadə olunmur.

Tikinti maqnatı olan Hacı Məhərrəmin «Qurtuluş-93»ü defolt həddinə çatıb və onun klub saxlamaq imkanı qalmayıb.

Biznasi getdikcə dibə vuran tanı şiş adamı «Əlincə»nin fəaliyyət dairəsini xeyli daraldıb. Ötən 2-3 ilədək burda bütün yaş qrupları üzrə komandalar mövcud idisə, indi onların sayı 1-2-di.

Novruzovun «Əlincə»ni satmaq istəməsi barədə məlumatlar isə keçən yaydan KİV-ə sızmağa başlayıb. İlk vaxtlar bazanın qiyməti 25 milyon manat həndəvərində idi, görünür, potensial alıcıların bir-bir əldən çıxmasından sonra Hacı Məhərrəmin endirim kampaniyasına start verməkdən başqa çarəsi qalmayıb.

Belə çıxır ki, naxçıvanlı biznesmen içi qızılla dolu küpə tapıb? Əsla!

Hacının gəliri çox azalıb və şhirkətini güclə idarə edir. Bəs nədi bu iddianın kökündə dayanan güc və iradə?

Hər halda Ceyhun Abbasov ona yad biri deyil və icraçı direktor peşəkar statuslu klubdan söz açırsa, deməli, torbanın içində böyük bir sirr yatır.

Məsələ bundan ibarətdi: yaxınlarda ölkə rəsmiləri Masazırda olub, yeni istifadəyə verilən məktəbin açılış mərasimində iştirak edib və Hacı Məhərrəm Novruzovla görüşüb.

Ona «klubu bərpa elə» təlimatı bu görüş əsnasında verilib. Yəni ki, göstəriş lap yuxarıdan gəlib (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti