Divizion hara, Antalya hara?!

28 Dekabr 2017 08:36 I Divizion 787
Divizion hara, Antalya hara?!

Birinci Divizion təmsilçisi “Xəzər”in qış hazırlıq planı bəlli olub.

Sportinfo.az klubun “facebook”dakı rəsmi səhifəsinə istinadən xəbər verir ki, komanda 2017/18 mövsümünün ikinci yarısının hazırlığına yanvarın 4-də start verəcək.

Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.

Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində keçiriləcək. Hazırlıq çərçivəsində 5 yoxlama görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti