Vergilər naziri yaratdığı klubun arxasında dayandı, Əsədova dəstək verdi

27 Dekabr 2017 18:24 I Divizion 955
Vergilər naziri yaratdığı klubun arxasında dayandı, Əsədova dəstək verdi

Yeni verglər naziri Mikayıl Cabbarov «Sabah»la bağlı toplantı keçirib.

Sportinfo.az-ın məlumatına görə, I Divizionda debüt edən klubun mövsümün ilk hissəsindəki çıxışı ilə əlaqəli iclas 2 saat davam edib.

Nazir bildirib ki, o, iddialı komanda görmək istəyir və bunun üçün köməkçilərinə müvafiq göstərişlərini verib.

Cabbarov «Sabah»ın büdcəsinin artırılacağını söyləyib və baş məşqçi Arif Əsədova inandığını, ona hər cür dəstək verəcəyini söyləyib.

Vaxtilə həm 19 yaşlılardan ibarət millidə, həm də «Neftçi»də qazandığı uğurlarla özünü sübut edən baş məşqçinin «Sabah»ı da zəfərə daşıyacağına şübhə bəsləməyən Mikayıl bəy «onun heç bir problemi olmamalıdı, klubda bütün işlər ən yüksək səviyyədə həyata keçirilməlidi» deyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti