İlyarımdı işsiz olan Nazim Süleymanov «Xəzər»lə razılığa gələ bilməyib.
Sportinfo.az-ın məlumatına görə, onun Divizion klubu ilə anlaşmasına Gündüz Abbaszadə imkan verməyib.
Belə ki, Süleymanovu vaxtilə «Neftç»də birgə çalışdıqları dönəmdən yaxşı tanıyan «Xəzər»in yeni baş meneceri onun haqda yaxşı fikirdə deyil.
Bu təqdimat əsasında situasiya dəyişib. «Neftçi»nin əvəzedici komandasından uzaqlaşdırılan Elşad Əhmədovu da rəhbərliyə Abbaszadə təqdim edib.
Yeni baş məşqçinin qarşısına Premyer Liqaya vəsiqə, yaxud medallar uğrunda mübarizə aparmq kimi bir sıra məqsədlər qoyulmayıb. Əhmədov indidən gələn mövsümə hazırlaşmalıdı. İndi ondan bundan başqa heç nə istənilmir.
Rövşən Qasımova gəlincə, Rəşad Sadıqovun kadrı olan bu mütəxəssis yaranmış vəziyyətə görə yalnız özünü günahlandırmalıdı. «Xəzər»in qış fasiləsinə 8-ci pillədə çıxması sırf keçmiş baş məşqçinin günahıdı.
Baxmayaraq ki, klub idarəçiləri mümkün olan hər şeyi etmişdi, maliyyə cəhətdən stabitlik təmin olunmuşdu. Bununla belə, Qasımov nizam-intizam yaratmağı bacarmadı və get-gedə varlığı ilə yoxluğu bilinmədi.

