I Divizionda 13 turdan sonra ilk yarıya yekun vurulub.
Qış fasiləsinə 2-ci pillədə yollanan «Binə» yeni ilin hazırlığına başqa bir çalışdırıcı ilə start verəcək. Çynki Mehman Babayev artıq komandanın sükanı arxasında deyil.
Gənc mütəxəssis öz istəyi ilə aşağı dəstənin debütantından ayrılıb. 21 xal toplayan Babayevi narazı salan rəhərlikdi. Konkret desək, prezident Teymur Həsənov.
“Azəristiliktəchizat"ın İdarə Heyətinin sədri Yaşar Hüseynovun oğlu olan iş adamı baş məşqçiyə verdiyi vədlərin bir çoxunu tutmayıb. Adicə təminat və mükafat məsələsində.
Komandaya biganə münasibətdən cana doyan Babayev çıxış yolunu qalmaqal yaratmadan getməkdə görüb (Sportinfo.az).

