Tanınmış jurnalistlər yeni yaranan klubun rəsmisi oldu

11 Dekabr 2017 15:00 I Divizion 753
Tanınmış jurnalistlər yeni yaranan klubun rəsmisi oldu

Birinci divizionun debütantı “Xəzər” klubunda yeni təyinatlar reallaşıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi mətbuatdan iki transfer edib.

Bir müddət əvvəl “Şüvəlan”dan ayrılan Emin Abbasov I divizion klubunda icraçı direktor təyin edilib. Əvvəllər "Xəzər TV"də işləmiş Emin Abbasov son dövrlər "CBC Sport"da şərhçilik edirdi.

ANS-in sabiq aparıcısı, “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Gündüz Abbaszadə də “Xəzər”də vəzifəyə təyin edilib. O, bundan sonra klubun baş meneceri kimi fəaliyyət göstərəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti