Arif Əsədov nazirin "Sabah"a münasibəti haqda - MÜSAHİBƏ

9 Dekabr 2017 19:00 I Divizion 936
Arif Əsədov nazirin "Sabah"a münasibəti haqda - MÜSAHİBƏ

Cari mövsümdə birinci dəstədə debüt edən “Sabah”ın “sükanı” uzun illər elitada çalışan, “Neftçi” ilə çempionluq sevinci yaşayan Arif Əsədova tapşırılanda çoxları düşündü ki, Təhsil Nazirliyinin tabeçiliyində olan komanda elitaya yüksəlməyə ən real namizdələrdən biri olacaq.

“TələbələR”in çempionata uğurlu start verməsi də bu cür düşünənlərin sayını artırmışdı. Lakin son turlarda “Sabah” ardıcıl xallar itirməklə işinə çətinə saldı.

Qış fasiləsinə 9-cU pillədə yollanan komandanın “qara zolağ”a düşməsinin səbəbini və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən Arif bəylə söhbətləşmək qərarına gəldik.

Birinci dəstədə qış fasiləsi başladı.Baş məşqçisi olduğunuz “Sabah”ın turnir cədvəlindəki mövqeyindən razısız, narazı?

- “Şüvəlan”la matç bizim üçün 2017-ci ildə son oyun oldu. İli major notda başa vurmağımız məni sevindirdi. Bilirsiz ki, “Sabah” qısa vaxtda yarandı və cəmi bir aya bu komandanı formalaşdırdıq. Heyəti quran vaxt futbolçu seçimində müəyyən çətinliklərlə üzləşdik ki, bu da başadüşülən idi. Həmin vaxt maraq dairəmizdə olan əksər oyunçular başqa klublarla müqavilə bağlamışdı. Buna baxmayaraq, çempionata heç də pis başlamadıq. Ancaq sonradan bəzi aparıcı futbolçuların zədələnməsi komandaya pis təsir göstərdi və bu da istər-istəməz nəticələrdə əksini tapdı. Ancaq son turda əldə olunan qələbə işimizə yaradı. Çünki, liderlər qrupunda qərarlaşan komandalardan cəmi 4-5 xal geri qalırıq. Qarşıdan qış fasiləsi gəlir. Bu fürsətdən yararlanıb komandanı gücləndirməyə çalışacağıq. Əsas odu ki, rəhbərlik səviyyəsində “Sabah”a çox böyük diqqət var. Mikayıl Cabbarov daim bizimlə maraqlanır, lazımi köməklikləri göstərir. Bu yaxınlarda onunla görüşdük, bəzi məsələlər barəsində fikir mübadiləsi apardıq. Müəyyən şəxslərə tapşırıq verildi ki, komanda gələcəkdə heç bir çatışmazlıqla üzləşməsin. Özü də daim oyunlarımızla maraqlanır ki, bu da komandaya əlavə stimul verir.

Mikayıl bəy artıq vergilər naziri təyin olunub. Onun başqa nazirliyə getməsi “Sabah”a necə təsir göstərəcək? Komanda yenə onun nəzarəti altında olacaq, yoxsa bu iş artıq başqa şəxslərə tapşırılıb?

- Sizə bir misal çəkim, özünüz nəticə çıxarın. “Şüvəlan” üzərində qazanılan qələbədən sonra Mikayıl müəllimin adından komandaya təbriklər gəldi. Bu fakt bir daha göstərir ki, onun ürəyi və fikri yenə “Sabah”ın yanındadı. Mikayıl müəllim futbolu çox sevən insandı. Mənə elə gəlir “Sabah”la bağlı layihəni də quranda bir, iki günü yox, gələcəyi düşünüb. Özü ilə söhbətdə də, verilən tapşırıqlardan da belə başa düşürəm ki, “Sabah”ı uğurlu gələcək gözləyir.

Çempionatın startında qış fasiləsinə necənci pillədə yollanmağı planlaşdırmışdız?

- Heç şübhəsiz ki, bütün məşqçilər çalışdırdığı komandanın zirvədə olmasını istəyir. Mən də ambisiyalı, daim maksimum həfəd uğrunda işləməyi sevən məşqçiyəm. Həmişə ilk pillədə olmaq barədə düşünürəm. Mövsümün əvvəlində biliridm ki, liderlər qrupunda yer ala bilərik. Bildiyiniz kimi 4-5 tur komanda ikinci pillədəki mövqeyini heç kimə güzəştə getmədi. Dedyim kimi sonradan zədələr, bəzi futbolçuların cəza səbəbindən müəyyən qarşılaşmaları buraxması nəticəyə mənfi təsir göstərdi. İlk pillədə qərarlaşan “Qaradağ Lökbatan” bizdən çox uzaqlaşdığından onu nəzərə almasaq, ikinci-üçüncü yer uğrunda mübarizə apara bilərik. 3 xallıq sistemdə bu mükündü.Onu da nəzərə alın ki, çempionatın əvvəlindən gərqli, qış fasiləsində heyəti gücləndirmək, lazımi mövqelərə yeni oyunçu dəvət etmək üçün vaxtımız olacaq. Çalışacağıq transferlər zamanı yanlışlığa yol verməyək. Yayda durum necə idi? Əsasən klubsuz qalan oyunçuları rənglərimizə bağladıq ki, təki komanda olsun. Ancaq indi vaxtımız var və bundan maksimum yararlanacağıq. Artıq bu yöndə işlər aparılır. Ümid edirəm ki, qışdan sonra futbol ictimaiyyəti daha güclü, yuxarı pillərlər uğrunda mübarizə apara biləcək səviyyədə “Sabah” görəcək.

Bu gün üçün “Sabah”ın hansı mövqelərində problemlər var?

- Mən bu vaxta kimi aşağı dəstədə çalışmamışdım. İşlədim və belə qənaətə gəldim ki, birinci divizon olmasına baxmayaraq, burda da məşqçinin əlinin altında yaxşı nəticə qazanamaq iki bərabərsəviyyəli heyət olmalıdı. Oyunların sıx qrafiklə keçməsi məşqçini rotasiya aparmağa məcbur edir. Aşağı dəstədə oyunların keçirildiyi meydanların süni örtüklü olmasını da nəzərə almaq lazımdı. Misal üçün biz Zaqatalada oynadıqdan iki gün sonra “Binə” ilə qarşılaşdıq. Futbolçular yol yorğunluğunu üzərindən atmamış artıq növbəti matça çıxamaq məcburiyyətində qaldı. Buna görə hər mövqeyə ən azı iki eyni gücdə oyunçu lazımdı.

Qış fasiləsində ölkə xaricinə yollanacaqsız, yoxsa təlim-məşq toplanışını Bakıda keçirəcəksiz?

- Qış toplanışı ilə bağlı planlar hazırdı. Qalıb klub rəhbərliyi ilə görüşüb planı təsdiqlətmək. Yanvarın 5-dən hazırlığa başlayacağıq. Toplanışın burda və ya xaricdə olacağı qarşıdakı günlərdə məlum olacaq. Ölkə xaricinə yollanmaq ehtimalı da var.

Bu gün müxtəlif yaş qrupları üzrə keçirilən çempionatlarda Təhsil Nazirliyinin tabeçiliyində olan “Vətən”in də komandaları iştirak edir. Həmin yaş qruplarından “Sabah” futbolçu cəlb etmək perspektivinə necə yanaşırsız?

- Hazırda səhv etmirəmsə, “Vətən”də ən yuxarı yaş qrupu U-16-dı. Ötən il fəaliyyət göstərən U-17, U-19 komandaları “Səbail”ə verilib. Bizə U-19-dan futbolçu götürmək daha münasibdi. O yaş qrupu da təəssüf ki, “Vətən”də yoxdu. Ancaq qarşıdakı illərdə bu təcrübədən yararlanmaq fikrindəyik. Onsuzda “Sabah”ın qarşısına qoyulan əsas məqsəd öz yetirmələrinə üstünlük verməkdi. Bu ildə bizim komandanın heyətində gənclər üstünlük təşkil edir. Son oyunda 7 limitə düşən futbolçuya meydana çıxmaq şansı verdim. Bəzi gəncləri qazandığımızı da bildirməliyəm.

Premyer-liqada iş təcrübəsi olan, çempionluq sevinci yaşamış Arif bəy bu gün birinci dəstədə özünü necə hiss edir? Dorudanmı, elita ilə aşağı dəstə arasında uçurum bu qədər aşkar hiss olunur?

- Təbii ki, uzun müddət premyer-liqada çalışmış məşqçi birinci dizionda işləməyə başlayanda bəzi çətinliklərlə üzləşir. İstər səviyyə, istərsə də infratruktur baxımdan fərq nəzərə çarpacaq dərəcədədi. Ancaq bu məni qorxutmur. Çünki “Sabah”ın gələcəyi var və bilirəm ki, bu komanda qarşıdakı illərdə daha üst səviyəyə qalxacaq. Rəhbərlik bunun üçün var qüvvəsi ilə çalışır, səy göstərir. Bu da bir məşqçinin məhsuldar işləməsi üçün çox vacib şərtdi. O ki qaldı komandalar arasındakı səviyyə fərqinə, elita təmsilçilərinin şərəfini qoruyan futbolçuların ustalıq səviyyəsi yüksəkdi. Taktiki cəhətdən premyer-liqa klubları daha savadlı oyun nümayiş etdirirlər. Birinci divizonda isə mübarizə əzmi çoxdu. Mən də çalışdım ki, “Sabah”ı bu yöndə inkişaf etdirim. Lakin əlində olan materialın buna imkan vermədiyini görəndə məcbursan ki, çatışmazlığı başq yollarla “sığortalayasan”. Düzdü, nəyəsə nail oldum. Ancaq bu hələ mən istədiyim səviyyə deyil.

RƏŞAD

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı