Aqil Məmmədovun komandası oyunu "stavka"ya qoymayıb ki?

8 Dekabr 2017 16:36 I Divizion 725
Aqil Məmmədovun komandası oyunu "stavka"ya qoymayıb ki?

Birinci Divizionda 13-cü tura bu gün yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son oyun günündə dörd görüş baş tutub.

Lider "Qaradağ Lökbatan" "Mil-Muğan"la ev oyununda hesabda geri düşsə də, sonda böyükhesablı qələbə qazanıb - 4:1.

"Ağsu" isə doğma meydanda "Turan Tovuz"la qarşılaşıb. Meydan sahibləri oyunun gedişində hesabda iki dəfə geri düşsə də, sonda qələbə qazanmağa nail olub - 3:2.

«Binə» öz evində «Zaqaiala»nın öhdəsindən çətinliklə gəlibsə, MOİK növbəti məğlubiyyətini «Xəzər»dən alıb. İranlı hücumçu Şahin Baleljae 89-cu dəqiqədə yeganə qolu vurub.

Görəsən, Aqil Məmmədovun çalışdırdığı MOİK oyunun içində «oyun» çıxarmayıb ki? AFFA bu qarşılaşmanın «mətbəx»inə baş vursa, uduzmaz.

“Qaradağ Lökbatan” – “Mil-Muğan” 4:1
Qol: Elvin Adışirini, 17; 87. Natiq Kərimi, 43. Əliqulu Manafov, 85 - Comərd Baxşəliyev, 7.
Hakimlər: Nail Nağıyev, Yaşar Abbasov, Hüseyn Əsgərov, Elgün Hüseynov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu

“Binə” - “Zaqatala” 2:0
Qol: Mənsur Nahəvəndi, 50. Timur Dadaşov, 80.
Hakimlər: Alik Yunusov, Vüsal Qənbərov, Elnur Ağayev, Emin Nağıbəyov
Binə. Qəsəbə stadionu

MOİK – “Xəzər” 0:1
Qol: Şahin Baleljaee, 89.
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Fərid Məmmədov
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

“Ağsu” – “Turan Tovuz” 3:2
Qol: Malik Babayev, 14. Arzuman Nəsibov, 72. Qalib Əmrahov, 80 - Ziyabil Məmmədov, 1. Emin Zamanov, 38.
Qırmızı vərəqə: Əlimərdan Əlimərdanlı, 75 (Ağsu)
Hakimlər: Xəlil Xəlilov, Elman Kərimov, Akif Əmirəli, Ramiz Məhərrəmov
Ağsu. Şəhər stadionu.

Turun digər oyunu: “Sabah” – “Şüvəlan” 2:1.

1 Qaradağ Lökbatan 13 11 2 0 29-9 35
2 Binə 13 6 3 4 21-12 21
3 MOİK 13 6 2 5 19-15 20
4 Şüvəlan 13 6 1 6 14-12 19
5 Ağsu 13 5 3 5 17-22 18
6 Turan Tovuz 13 5 3 5 17-18 18
7 Mil-Muğan 13 5 2 6 20-27 17
8 Xəzər 13 4 4 5 11-9 16
9 Sabah 13 4 3 6 15-21 15
10 Zaqatala 13 1 1 11 8-26 4

Elnur Səmədov ("Turan Tovuz") - 8 qol
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 7 qol
Bəhruz Teymurov (MOİK) - 6 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti