I Divizionda debüt edən “Xəzər” Buzovnanı böyük futbola qaytara bilər.
Sportinfo.az-ın məlumatına görə, yeni yaranan klubun rəhbərliyi bu səpgidə çalışmalara başlayıb.
Komandanın prezidenti Mahir Məmmədov qəsəbədə olub, uzun illərdi yararsız hala düşən stadiona baş çəkib, şəraiti incələyib.
Məqsəd AFFA-nın xətti ilə arenanı uzunmüddətli icarəyə götürmək və gələn mövsümdən burda çıxış etmək, xülasə, Buzovnanın təmsilçisi olmaqdı.
“Xəzər” SOCAR-dan maliyyələşir. Neft korparasiyasına bağlı şirkət vasitəsilə. Debutant hazırda ev oyunlarını Şüvəlanda – “AZAL Arena”da keçirir.
Aşağı dəstənin iki təmsilçisi arasında münasibətlər çox yaxındı və “Şüvəlan” dostlarına bu cür yardım göstərməyə üstlənib. Axı “Xəzər” bunadək əksər məkanlara üz tutsa da, yer problemini həll edə bilmirdi.
Buzovna futbol qəsəbəsidi. Vaxtilə “Xəzri” ölkə kubokunun finalçısı olub, UEFA Kubokunda yarışıb.
Polşadan “Qurnik”lə cütləşən komanda mübarizəni ilkin mərhələdə dayandırıb - 0:9 və 2:2. “Xəzri”ni həmin dövrün tanınmış avtoritet və iş adamlarından Malik Babayev maliyyələşdirib.

