"Zaqatala"dan qələbə siftəsi, "Sabah" yenə uduzdu

17 Noyabr 2017 17:18 I Divizion 650
"Zaqatala"dan qələbə siftəsi, "Sabah" yenə uduzdu

Azərbaycan birinci divizionunda 9-cu tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah" öz meydanında "Mil-Muğan"a 4:0 hesabıyla məğlub olub. Lider "Qaradağ Lökbatan" isə evdə "Ağsu"nu böyük hesabla üstələyib - 4:1.

"Zaqatala" isə "Turan Tovuz"u 3:1 hesabıyla məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazanıb.

Birinci divizion, 9-cu tur

17 noyabr

Sabah - Mil-Muğan 0:4

Qol: Bayram Əliyev, 18. Samir Babayev, 34. Anar Babazadə, 37. Comərd Baxşəliyev, 88.

Qaradağ Lökbatan - Ağsu 4:1

Qol: Məhəmməd Xəlilov, 19. Coşqun Süleymanov, 41. Sabir Allahquliyev, 67. Samir Musayev, 90+1 - Rəvan Kərimov, 87.

Zaqatala - Turan Tovuz 3:1

Qol: Kamran Həsənzadə, 5. Hacı Əhmədov, 15-pen. Rəhman Şabanov, 78 - Ziyabil Məmmədov, 22.

Qırmızı vərəqə: Mehman Hacıyev, 46 (Turan Tovuz)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti