AFFA İntizam Komitəsi I divizionun son turunda başverənlərlə bağlı qərarlarını açıqlayıb. VIII tur ən qəribə cərimə “Binə”yə gəlib.
Belə ki, “Ağsu” ilə səfər matçında binəli azarkeşlər hələ matç başlamamış pirotexniki vasitələrdən istifadə edib. Bu səbəbdən qonaq klub 80 manat cərimə olunub.
“Mil-Muğan” – “Şüvəlan” matçında isə qonaqların baş məşqiçisi Aqil Nəbiyev əsəblərinə hakim ola bilməyib.
O, stadionun plastik şitini sındırıb. Stadiona dəymiş ziyan əsasında “Mil-Muğan”ın təqdim edəcəyi hesab “Şüvəlan” tərəfindən ödəniləcək.
Gənc mütəxəssisi hakimlər briqadası qəzəbləndirməyib. Onu narazan salan komandasının 0:3 hesablı məğlubiyyətidi. Yəni ki, Nəbiyevin iradı birbaşa öz futbolçularınadı.
Hansılar ki, Aqil bəy ona güvənib və hər istəyini yerinə yetirib. Gəl ki, “təyyarəçilər” qeyri-sabitlik mərəzindən əl çəkə bilmir.
Cari mövsümdə 4-cü yenilğisini İmişlidə alan “Şüvəlan” hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb (Sportinfo.az).

