“Zaqatalada keçirilən qarşılaşma normal keçib, oyunun ətrafında hec bir söz-söhbət və narahatlıq olmayıb. Ramin Musayevin baş hakimə zəng vurması xəbəri həqiqəti əks etdirmir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.
AFFA-dakı mənbələrə istinadən bugünlərdə verdiyimiz məlumata görə “Zaqatala” - “Şüvəlan” qarşılaşması totalizator şəbəkəsinın “maraq dairəsi”nə daxil olub. Ev sahiblərinin məğlubiyyəti naminə.
Qeyri-leqal bukmeyker kontorlarının bu oyuna “əl qoyması” barədə federasiyadan xəbərdarlıq alan İnqilab Məmmədova ehtiyalı olmaq tapşırılıb. Sözügedən referi isə komandaları meydana çıxarmaqdan imtina edib və matcın 4-cü hakimi Rəşad Əhmədovun onu əvəzləməsinu istəyib.
Yalnız Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin telefon açmasından və uzun-uzadı təkidiindən sonra referi inadından dönüb.
Oyunun hakim-inspektoru Qurban Məmmədov aşağ səviyyəli idarəçəliyindən dolayı İnqilaba 7,4 bal yazıb. Bu, AFFA Hakimlər Komitəsinin iclasında geniş müzakirəyə çıxarılıb, səbabkara xeyli irad tutulub.
A.Şahgəldiyevin sözlərinə görə, matçın keçirilməsinə hava şəraiti problem yaradırmış: “Həmin gün rayonda hava çiskinli olub, bir az sonar stadiona duman çöküb. PFL-ın rəsmiləri oyundan əvvəl hakimlər briqadası və ordakı operatorumuzla dəfələrlə əlaqə saxıayıb.
Deyilib ki, hava bir az düzəlsə, çalışın, oyun baş tutsun. Cünki divizion komandalarının maliyyə vəziyyətinin çətin olmasını bilirik, gündəlik xərclər çoxdu. Oyun ertələnsəydi, “Şüvəlan” azı daha 1 gün Zaqalatada qalmalıydı.
Hətta ola bilərdi ki, duman 2 gün çəkilməsin. Xoşbəxtlikdən oyunun startına az qalmış hava şəraiti yaxşılaşıb.
Orda başqa problem olmayıb. İnqilab Məmmədov oyunu normal idarə edib, verdiyi qərarlar düzgün olub. Hakim-inspektorun verdiyi bal aşağı olsa da, sonradan epizodlara baxıldı və göründü ki, baş hakim onra irad tutulan epizodların heç birində səhv etməyib”.

