Partlayış baş veəcək. Qulağınız səsdə, gözünüz yolda olsun. I Divizionda ara yenə qarışıb. Carı mövsümün startından 6 həftə keçsə də. İlk baxışdan burda vəziyyət ümumən normaldı.
Çempionatda hələ ki qalmaqal yaşanmayıb, oyun alqı-satqıları ilə bağlı ciddi şübhələr yaranmayıb. UEFA-ya isə bu, belə gəlmir.
AFFA saydığını saysın, görün, Avropa futbol təşkilatının İsveçrədəki mənzil-qərargahında əyləşənlər nə sayir!
UEFA-dan bakıya növbəti serkulyar məktub daxil olub. Gizli namədə nəticəsi sual altına düşən bor neçə oyun haqda bilgilər yer alıb.
Söhbər “Binə”, “Sabah”, “Qaradağ Lökbatan”, MOİK və “Mil-Muğan”ın iştirakıyla keçirilmiş qarşılaşmalardan gedir.
UEFA bu klubların bəzi futbolçularının Çin, Sinqapur, Gürcüstan və bəzi Asiya ölkələrinin bukmeyker kontorları ilə “işbirliyi” qurmasından şübhələnir.
AFFA bu məqsədlə hərəkətə gəlib: noyabrın 13-də bütün divizion klublarının rəhbər şəxsləri, baş məşqçi və kapitanları federasiyaya dəvət olunub.
Təbii ki, məşvərətə yox. Hamısına xəbərdarlıq olunacaq. Cəza növü isə indidən bəllidi: adları yenə bu işlərdə hallanacaq komandalar sezonun gedişində yarışdan kənarlaşdırılacaq. Ötən mövsüm “Şərurspor” və “Rəvan”I uzaqlaşdırdıqları kimi.
Bu, son illər hədsiz qabaran problemin həll yoludumu? AFFA Divizionu “təmizləyib”, deçək olar ki, müstəqil klub qalmayıb. Çempionat iştirakçılarının hamısı bu və ya digər şəkildə quruma tabedi. Bəzisi birbaşa, bəzisi dolayısı ilə.
Nə fərqi var bunun? Əli olmasın, Vəli olsun - maliyyəni AFFA-dan alır, bir mərkəzdən idarə olunurlar. Federasiyanın kurasiyasındakı klubları nəzarətdə saxlaya bilməməsinin özü də böyük qəbahətdi, necə ki, “Kəpəz”lə bağlı son günlər gündəmə bomba kimi düşən ifşaedici materilallar Elxan Məmmədovun yönətimindəkilərin astarını üzünə çevirdi.
Hadisələr və üzə çıxan faktlar göstərdi ki, AFFA-nın maliyyə şaffaflığının təminatçısı kimi çıxış etməsi nisbidi. Artıq bu güvəni SOCAR qarşısında itiriblər.
Guya, ötən sezon “alver” edən yalnız “Rəvan”la “Şərurspor” idi?
Guya, “Səbail”, “Turan Tovuz”, “Mil-Muğan” va AFFA-ya bağlı digər klubların bir çoxu bu çirkin işlərə bulaşmamışdı?
Gümüş medal qazanan Elman Sultanovu rəhbərlik niyə görə baş məşqçi postundan uzaqlaşdırdı - bir bunu soruşan varmı?
“Şəmkir”I 2:1 hesabıyla udduqları ev matçında “ölümdən dönən” sapsağlam gənc mütəxəssis niyə şəkərli diabet xəstəsi oldu - bir bunun səbəbini öyrənən varml?
Aqil Məmmədov İmişli klubundan nə üçün qaçdı - “Mil-Muğan”ın atamanı Mirheydər Səfiyevi çek-çevir edən varmı? “Şəmkir”in fəaliyyətini dayandırmasını önləmək mümdün deyildimi – bir bunu araşdıran varmı?
AFFA özünün qazdığı quyuya özü düşüb. Divizionda 10 komanda mübarizə aparır, bir dənə kənar şəxsi “mətbəx”ə almayıblar. Hansı birini çemionatdan kənarlaşdıra bilərlər indi? Fikrimizcə, Rövnəq Abdullayev tezliklə divizionla bağlı siyasətinə yenidən baxmasa, AFFA qeyri-leqal bukmeyker kontorlarının təsir gücü qarşısında təslimiyyət bayrağı qaldıracaq.
Əslində, real vəziyyət çoxdan belədi, sadəcə, ziyanın yarısından dönmək lazımdı. Abdullayev AFFA-nı və bu klubları dolandıran neft şirkətinin də prezidentidi, öz-özünü niyə aldatsın ki..? SOCAR division təmsilçilərin maliyyələşdirməkdən imtina etməli, iş adamlarının, şirkətlərin yolunu açmalıdı.
Onları müxtəlif bəhanələrlə futboldan uzaqlaşdırmaq AFFA-ya dəhşətli fəlakətdən savayı heç nə vəd eləmir. Klublara illik 200-250 min manta büdcə ayırıb asılı vəziyyətdə saxlamağın axırı budu. Çempionatın istər maddi, istərsə də ustalıq səviyyəsi çox aşağıdı, axın yoxdu, ictimai diqqətdən kənarda qalıb.
“CBC Sport”un arada-sırada 2-3 oyunu efirə daşıması divizionun reytiniqini qaldırmır. Elə bu gün respublika üzrə azarkeş sorğusu keçirək, respodentlərin 1 faizi aşağı dəstə təmsilçilərinin adını bilməyəcək. Bu şəkildə sakitlik yalnız oyun alıb-satanların xeyrinədi.
Dərə xəlvət olanda, tülkü də bəylik edər. UEFA Azərbaycan futbolunun iç dünyası ilə qətiyyən maraqlanmır, bəlkə də AFFA-nın Premyer Liqa və division klublarının əksəriyyətinin de-fakto sahibi olmasından məlumatsızdı. Ssbah bilsələr, necə olacaq? Bpyunlarından ata biləcəklərmi? Oyun “alver”ındə iştirak etmədiklərini sübuta yetirmıəyə əsas tapacaqlarmı? Və UEFA-da əyləşən qazdan ayıq cənablar bütün bunlara inanacaqmı?
ELXAN

