Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Ağsu” doğma meydanda “Binə” ilə qarşılaşıb. Oyun qonaq komandanın inamlı qələbəsi ilə başa çatıb.
MOİK isə “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı görüşdə qələbəni “həbrçilər” bayram ediblər.
Turun qalan oyunları sabah keçiriləcək: “Mil-Muğan” – “Şüvəlan”, “Xəzər” – “Zaqatala”, “Turan Tovuz” – “Qaradağ Lökbatan”.
“Ağsu” – “Binə” 0:2
Qol: Renat Aşurov, 68; 82.
Hakimlər: İnqilab Məmmədov, Habil Əliyev, Ruslan Babayev, Rövşən Rəcəbov.
Ağsu. Şəhər stadionu.
MOİK – “Sabah” 3:1
Qol: Orxan Həsənov, 36. İsmayıl İbrahimli, 59. Bilal Abbaszadə, 75 - Bayram Nuruzadə, 37.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Aleksandr Musatkin, Ziya Nəsirov.
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.
Turun qalan oyunları sabah keçiriləcək: “Mil-Muğan” – “Şüvəlan”, “Xəzər” – “Zaqatala”, “Turan Tovuz” – “Qaradağ Lökbatan”.

