“Mən strategiyanı dəyişib, daha güclü heyət formalaşdıracam”

11 Noyabr 2017 13:51 I Divizion 860
“Mən strategiyanı dəyişib, daha güclü heyət formalaşdıracam”

“Komandamız çempionatın startına az qamış yığılıb. Bu səbəbdən heyəti istədiyimiz kimi formalaşdıra bilməmişik. Çatışmazlıqlar var və bunları aradan qaldırmaq 1-2 günün işi deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın baş məşqçisi Arif Əsədov deyib. Komanda ilk 6 turda 10 xal toplayıb ki, bunu da I Divizionun debütantı üçün yaxşı göstərici saymaq olar.

Təcrübəli mütəxəssis bildirib ki, “Sabah”ın qarşısına qızıl medal qazanmaq, bununla da, Premyer Liqaya birbaşa vəsiqə qazamnaq vəzifəsi qoyulmayıb.

Sitat: “Ancaq mən istəyirəm ki, yüksək yerlər uğrunda mübarizə aparaq. “Sabah” bu gün üçün yaradılan klub deyil. Uzunmüddətli inkişaf proqramı var. büdcə normaldı, rəhbərıikdən yalnız razılıqla söz edə bilərəm.

Bütün istəklərimi vaxtlı-vaxtında yerinə yetirirlər. Əsas narahatlığımız heyətlə bağlıdı. Əksər komandalar yeni mövsümün hazırlığına daha əvvəl başladığı üçün biz əsas kənarda qalmış futbolçuları götürmüşük. Onların da çoxu təcrübəsiz gənclərdi.

İlk üç turda 7 xal topladıq, sonrakı iki həftədə isə məğlub olduq. Fərdi səhvlər yenə də təcrübəsizlikdən irəli gəlir. “Ağsu”nu udmaqla vəziyyəti düzəltsək də, bu tur 2 aparıcı futbolçunu MOİK-ə qarşı meydana buraxa bilməyəm.

Zədələr və cəzalar da bir problemdi. Çalışacağıq qış fasiləsində mümkün qədər çox xal toplayaq. Yeni ildən sonra komandanın necə çıxiş etməsi qarşıya qoyulacaq məqsəddən asılıdı.

Rəhbərlik medallar uğrunda mübariz aparmağımızı istəsə, təbii ki, mən də strategiyanı dəyişib, daha güclü heyət formalaşdıracam. Hələlik isə bizə bu haqda heş nə deyilməyib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti